Ağ Ev: Yeddi aparıcı texnologiya şirkətləri razılığa gəliblər

Ağ Ev (White House) tərəfindən açıqlanıb ki, texnologiya sənayesində artırılmış reallıq (AR) ilə bağlı həllər təqdim edən 7 aparıcı texnologiya şirkətləri AR-dən gələn riskləri azaltmaq ilə bağlı razılığa gəliblər.  

BBN.az NBC News TV kanalına istinadən xəbər verir ki, həmçinin bura AR-in təhlükəsizliyinin test ediləcəyi və nəticələrin ictimaiyyətə açıqlanacağı da daxildir.  

Qeyd edək ki, bildirilir ki, bu razılığa qoşulan texnologiya şirkətləri isə Amazon, Anthropic, Google, Inflection, Meta, Microsoft, və OpenAI-dir. Onlar ABŞ prezidenti Joe Biden-ə qoşularaq bu elanı ictimaiyyətə açıqlayıblar. 

Əlavə edək ki, yeni texnoloji həlləri təqdim edən yuxarıda adları çəkilən şirkətlər sektorda qorxu hissini alovlandırırlar. Belə ki, AR-in həddindən artıq inkişafı dezinformasiya üçün də münbit şərait yaradır, xüsusilə də bu 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində məsələni daha aktual edir.

Related posts

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı