Ağalı kəndində ABB-nin Mastercard və Maestro kartları ilə sərfəli alış-veriş!

Zəngilan rayonunun Ağalı kəndində yerləşən “Rahat” marketdə alış-veriş 10% keşbek qazandıracaq. Bunun üçün ödənişi ABB-nin Mastercard və Maestro kartları ilə həyata keçirmək kifayətdir. Bir ödəniş kartı üzrə ümumilikdə əldə oluna biləcək keşbekin maksimal məbləği 50 AZN-dir. Hesablanmış keşbeklər hər növbəti ayın əvvəlində kart hesabına köçürüləcək. Kampaniya Mərkəzi Bank, ABB və Mastercard beynəlxalq kart təşkilatının birgə əməkdaşlığı çərçivəsində Ağalı kəndində nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə həyata keçirilir.

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə inşa olunan yeni yaşayış məskənlərinin “Ağıllı kənd” konsepsiyası əsasında tikilməsi planlaşdırılır. “Ağıllı kənd” konsepsiyası insanların həyatını asanlaşdırmağı, istehsal və xidmət sektorunda səmərəliliyi artırmaq üçün İKT-nin imkanlarından istifadəni nəzərdə tutur.

Artıq yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılıb.Həyata keçirilən quruculuq proseslərinə paralel olaraq ABB işğaldan azad olunan bütün  ərazilərdə müasir və universal bankçılıq xidmətlərinin göstərilməsini təmin edəcək.

Xatırladaq ki, ABB işğaldan azad edilmiş ərazilərimizdə xidmətə başlayan ilk bankdır. Belə ki, 2020-ci ilin dekabr ayının əvvəlindən Hadrut qəsəbəsində Bankın ilk ATM-i quraşdırılıb.

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Related posts

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı