Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında 19 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib. Bu 25 sahibkarlıq subyekti tərəfindən ümumilikdə Ağdam Sənaye Parkına 176 milyon manat investisiyanın yatırılması, 1,7 mindən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda sənaye zonalarında 134 müəssisə rezident kimi qeydiyyatdan keçib və onlardan 68-i istehsal fəaliyyətinə başlayıb.

Related posts

Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin növbəti attestasiyası keçiriləcək

Suriya Azərbaycanın KOB evi modelinin tətbiqində maraqlıdır

Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrlik Azərbaycandan Qazaxıstana keçib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı