1
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında 19 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib. Bu 25 sahibkarlıq subyekti tərəfindən ümumilikdə Ağdam Sənaye Parkına 176 milyon manat investisiyanın yatırılması, 1,7 mindən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda sənaye zonalarında 134 müəssisə rezident kimi qeydiyyatdan keçib və onlardan 68-i istehsal fəaliyyətinə başlayıb.