Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları Qarabağı ölkənin sənaye mərkəzinə çevirəcək

Qarabağın bərpası, dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” (Cəbrayıl) sənaye parklarında indiyədək investisiya kapitalı 200 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə (24 rezident, 7 qeyri-rezident) rezidentlik və qeyri-rezidentlik statusu verilib. Bu sahibkarlıq subyektləri tərəfindən sözügedən sənaye parklarında ümumilikdə 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

 

Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının rezidentlərinin bir çoxu artıq tikinti işlərinə başlayıb və işlər sürətlə davam etdirilir. Bəzilərində isə layihələndirmə işləri aparılır, tezliklə onlarında tikinti işlərinə başlamaları nəzərdə tutulur.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı