Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Agentlikdə akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib - BBN

Agentlikdə akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib

Görüş zamanı Keyfiyyət informasiya sistemindən istifadə qaydaları, bu sahədə qanunvericiliyin tələbləri və Agentlik tərəfindən müvafiq istiqamətdə görülmüş işlərlə bağlı məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş keçirilib. Görüşdə yoxlama fəaliyyətini həyata keçirən 13 inspeksiya orqanının nümayəndəsi iştirak edib.

Görüş zamanı Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev bildirib ki, müvafiq qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumların uyğunluğun qiymətləndirilməsi fəaliyyəti, o cümlədən inspeksiya orqanlarının fəaliyyətinin nəticələri Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az) vasitəsilə rəsmiləşdirilməlidir.

Daha sonra Agentliyin əməkdaşı Nəriman Kamallı  sözügedən informasiya sistemində  sənədlərin yaradılması və rəsmiləşdirilməsi üsulları, o cümlədən uyğunluğu qiymətləndirən qurumların fəaliyyəti üzrə aparılan təhlillərə və statistik göstəricilərə dair təqdimatla çıxış edib.

Görüşdə həmçinin “E-keyfiyyət.gov.az” informasiya sistemi vasitəsilə inspeksiya orqanlarının rəylərinin “Asan İmza” və ya elektron imza ilə yaradılması, QR kodla təsdiqlənən sənədlərin həqiqiliyinin operativ qaydada yoxlanılması imkanları vurğulanıb. Sözügedən informasiya sistemindən istifadənin akkreditasiya sahəsində qanunvericiliyin tələblərinə əməl olunması və xidmət keyfiyyətinin artırılmasında əhəmiyyətinə diqqət çəkilib.

Sonda inspeksiya orqanlarının rəy və təklifləri dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Related posts

Mərkəzi Bankın sədri Taleh Kazımov ABA-nın Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb

Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində “Limak Group”un fəxri prezidenti ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı