Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Aİ 150 milyard avroluq müdafiə paketi ilə bağlı razılığa gəlib - BBN

Aİ 150 milyard avroluq müdafiə paketi ilə bağlı razılığa gəlib

Avropa İttifaqı (Aİ), müdafiə qabiliyyətini artırmaq məqsədilə hazırlanan və ümumi dəyəri 150 milyard avro olan kredit paketini ehtiva edən “Avropa Təhlükəsizlik Fəaliyyəti” (SAFE) təşəbbüsünü rəsmi olaraq qəbul edib.

BBN.az xəbər verir ki, Aİ Şurasının Prezidenti Antonio Koşta sosial media hesabında bu razılaşmanı “daha güclü Avropaya doğru atılmış mühüm addım” kimi dəyərləndirib. Onun sözlərinə görə, bu təşəbbüs Aİ-nin strateji müstəqilliyini və müdafiə potensialını artırmağa yönəlib.

SAFE təşəbbüsü, Avropa Komissiyası tərəfindən 19 mart tarixində təqdim edilən və 2030-cu ilə qədər birgə hərbi layihələrin maliyyələşdirilməsi, müdafiə xərclərinin artırılması və silah istehsalının gücləndirilməsini nəzərdə tutan “Ağ Kitab” strateji sənədinin bir hissəsini təşkil edir.

Yeni mexanizmə əsasən, Aİ-nin maliyyə dəstəyindən yararlanmaq üçün alınan silah sistemlərinin ən azı 65 faizi Aİ üzv dövlətlərindən, Avropa İqtisadi Bölgəsinə daxil olan Norveç, Lixtenşteyn, İslandiya və həmçinin Ukraynadan təmin olunmalıdır.

Qalan 35 faiz isə bu ölkələrdən kənarda yerləşən mənbələrdən alınmasına icazə verilir. Lakin bu şərtin yerinə yetirilməsi üçün müvafiq ölkələr arasında ikitərəfli təhlükəsizlik və müdafiə sazişinin mövcudluğu vacib sayılır.

Related posts

Avropada müdafiə startaplarına qoyulan investisiya rekord həddə çatıb

AIIB Bakı metrosu ilə bağlı 180 mln. dollarlıq krediti təsdiqləyib

“Rəqəmsal avro Avropa iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edir”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı