Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Aİ ABŞ-dan ticarət müqaviləsinə əməl etməsini tələb edir - BBN

Aİ ABŞ-dan ticarət müqaviləsinə əməl etməsini tələb edir

Aİ ABŞ-dan ticarət müqaviləsinə əməl etməsini tələb edir.

BBN.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası ABŞ Ali Məhkəməsinin tariflərlə bağlı qərarından və ardınca ABŞ Prezidenti Donald Trampın ABŞ-ın digər ölkələrdən idxal etdiyi məhsullara əvvəlcə 10 faiz, daha sonra isə 15 faiz həcmində qlobal tarif tətbiq edəcəyini açıqlamasından sonra bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, Aİ ABŞ-dan Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu ilə bağlı Ali Məhkəmənin son qərarından sonra atmağı planlaşdırdığı addımlar barədə tam aydınlıq tələb edir. Bildirilib ki, mövcud vəziyyət hər iki tərəfin razılaşdığı və Aİ-ABŞ Birgə Bəyanatında əksini tapmış “ədalətli, balanslı və qarşılıqlı fayda verən” transatlantik ticarət və investisiya münasibətlərinin təmin olunmasına uyğun deyil.

Açıqlamada Aİ şirkətləri və ixracatçılarının ədalətli rəftar, proqnozlaşdırıla bilənlik və hüquqi təminatlara malik olmasının əhəmiyyəti vurğulanaraq bildirilib: “Razılaşma razılaşmadır. ABŞ-ın ən böyük ticarət tərəfdaşı olan Aİ öz öhdəliklərinə sadiq qaldığı kimi, ABŞ-dan da birgə bəyanatda göstərilən öhdəlikləri yerinə yetirməsini gözləyir.”

Related posts

Trampın yeni gömrük rüsumları fonunda dollar zəifləyir

ABŞ-ın xam neft ehtiyatları azaldı

Almaniya əhalisinin 2050-ci ilə qədər 5 faiz azalacağı gözlənilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı