Aİ-də dondurulmuş Rusiya aktivləri ilə bağlı qərar səsvermə yolu ilə qəbul oluna bilər – Ursula fon der Lyayen

Avropada dondurulmuş Rusiya aktivləri Avropa İttifaqı ölkələrinin ixtisaslaşdırılmış (kvalifikasiyalı) əksəriyyətinin səsverməsi nəticəsində blokdan çıxarıla bilər. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen mətbuat konfransında bildirib. Konfransın videosu “X” sosial şəbəkəsində paylaşılıb.

Ursula fon der Lyayenin sözlərinə görə, Rusiya Ukraynaya reparasiya ödəyənədək həmin aktivlər dondurulmuş vəziyyətdə qalacaq. Eyni zamanda Aİ bu vəsaitlərdən Ukraynaya ayrılan kreditlərin maliyyələşdirilməsi üçün istifadə etmək hüququnu özündə saxlayır.

Avropa Komissiyasının sədri mətbuat konfransında həmçinin Aİ-nin növbəti iki il ərzində Ukraynaya 90 milyard avro həcmində kredit ayırmaq qərarını açıqlayıb. Bildirilib ki, bu maliyyə vəsaiti Avropa İttifaqının kapital bazarlarında borclanması hesabına təmin ediləcək.

Qeyd edək ki, Aİ rəhbərliyi Ukraynaya maliyyə dəstəyinin davam etdirilməsini prioritet istiqamət kimi qiymətləndirir.

Related posts

Milli Məclisin dekabrın 23-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Böyük Britaniya Rusiya neft-qaz şirkətlərinə qarşı sanksiya siyahısını genişləndirib

FHN-in 20 illiyi və peşə bayramı münasibətilə təntənəli mərasim keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı