Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Aİ-də dövlət borcu səviyyəsi artmaqda davam edir - BBN

Aİ-də dövlət borcu səviyyəsi artmaqda davam edir

Aİ-də dövlət borcu səviyyəsi artmaqda davam edir.

BBN.az xəbər verir ki, Avropa Statistika Ofisi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın 2025-ci ilin üçüncü rübünə dair dövlət borcu və büdcə kəsiri üzrə məlumatlarını yayımlayıb.

Məlumatlara əsasən, Avrozonada ikinci rübdə 88,2 faiz olan dövlət borcunun ÜDM-ə nisbəti üçüncü rübdə 88,5 faizə yüksəlib.

Aİ üzrə isə ikinci rübdə 81,9 faiz səviyyəsində olan dövlət borcunun ÜDM-ə nisbəti üçüncü rübdə 82,1 faizə çatıb. Bu göstərici 2024-cü ilin sonundan etibarən artım tendensiyasını davam etdirir.

Bu dövrdə ümumi dövlət borcu Avrozonada 13 trilyon 855 milyard avroya, “AB” üzrə isə 15 trilyon 253 milyard avroya yüksəlib.

Aİ üzvü olan ölkələr arasında ötən ilin üçüncü rübündə dövlət borcunun ÜDM-ə nisbətinin ən yüksək olduğu ölkə 149,7 faizlə Yunanıstan olub. Yunanıstanı 137,8 faizlə İtaliya, 117,7 faizlə Fransa, 107,1 faizlə Belçika və 103,2 faizlə İspaniya izləyib.

Related posts

2026 Avropa İttifaqı üçün iqtisadi islahatlarda həlledici il ola bilər

Davosda Avropa liderləri mövqelərini sərtləşdirir, CEO-lar emosional reaksiyalardan çəkinməyə çağırır

Qızıl ilk dəfə 4 800 dolları keçdi – ABŞ və Aİ arasında Qrenlandiya gərginliyi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı