Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu - BBN

“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu

ABB İnnovasiya, Mastercard və ADA Universitetinin birgə təşkil etdiyi “AI Startup Challenge” müsabiqəsi uğurla baş tutub. Süni intellekt sahəsində innovativ ideyaların və texnoloji həllərin bir araya gətirilməsi məqsədi daşıyan yarışmada iştirak üçün 200 komanda müraciət edib. Onlardan 40-ı seçim mərhələsini keçərək finalda iştirak haqqı qazanıb. Müsabiqə zamanı komandalar real sektor problemlərinə yönəlmiş AI əsaslı layihələrini yerli və xarici ekspertlərdən ibarət münsiflər heyətinə təqdim ediblər.

Müsabiqədə ilk 3 yeri “Granslate”, “Agentixa” və “Innoroom” komandaları tutub.  Həmin komandalar 5 000, 3 000 və 2 000 AZN məbləğində mükafat qazanıblar. Eyni zamanda ilk 20 komanda ABB İnnovasiyanın preinkubasiya proqramına keçid və Mastercard Sandbox platformasına çıxış imkanı qazanıb.

ABB İnnovasiya süni intellektin real sektorlara inteqrasiyasını dəstəkləmək, yerli texnoloji komandaların inkişafına töhfə vermək və beynəlxalq potensiallı layihələri önə çıxarmaq məqsədilə belə təşəbbüsləri davam etdirmək niyyətindədir.

ABB İnnovasiyanın yeni imkanları haqqında ətraflı məlumatları buradan əldə edə bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

“Bank Respublika” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

Rabitəbank və “Ofisait” mağazalar şəbəkəsindən yeni dərs ilinə “NƏHƏNG QAYIDIŞ” 7%-DƏK KEŞBEK, 6 AYADƏK FAİZSİZ TAKSİT

Bank sektorunda süni intellekt inqilabı: Qlobal nəhənglər valyuta risklərini AI-yə həvalə edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı