AİB-in enerji direktoru Junho Hvanq ilə görüş keçirilib

İqtisadiyyat nazirinin müavini Anar Axundov Asiya İnkişaf Bankının (AİB) Şərqi, Mərkəzi və Qərbi Asiya komandasının enerji direktoru Junho Hvanq ilə görüşüb.

Görüşdə Azərbaycanın AİB ilə uğurlu tərəfdaşlığından məmnunluq ifadə olunub, Bankın ölkəmizdə həyata keçirdiyi fəaliyyətlər yüksək qiymətləndirilib.

Tərəflər bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, Azərbaycanın enerji sisteminin davamlılığını və səmərəliliyini təmin etmək üçün infrastrukturun inkişafı və maliyyələşməsinə Bankın potensial dəstəyi və “yaşıl” enerji sektoruna xarici investisiyaların cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Related posts

ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib

Nazir müavini Vüsal Nəsirli Şabran rayonunda vətəndaşları qəbul edib

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı