AİH-də Asiya İnfrastruktur İnvestisiya Bankı ilə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) rəhbər heyəti ilə Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovskinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov AİH-in idarəetməsinə verilmiş dövlət şirkətlərinin fəaliyyəti barədə AİİB-in nümayəndə heyətini məlumatlandıraraq,  onlar üçün maliyyə resurslarına əlverişli çıxış imkanlarının yaradılmasının və fəaliyyət göstərdikləri sahələrə xarici investisiyaların cəlb edilməsinin vacibliyini vurğulayıb.

Tərəflər arasında AİH – AİİB  birgə əməkdaşlıq perspektivləri, xarici investisiyaların cəlb edilməsi üçün potensial layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Related posts

Qafqaz İnvestisiya Forumunda regional əməkdaşlıq məsələləri müzakirə olunub

ARDNF 2024-cü ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətini açıqladı

AZPROMO və Albaniya İnvestisiya Korporasiyası arasında görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı