Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AIIB Bakı metrosu ilə bağlı 180 mln. dollarlıq krediti təsdiqləyib - BBN

AIIB Bakı metrosu ilə bağlı 180 mln. dollarlıq krediti təsdiqləyib

Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) “Bakı Metro Genişlənməsi Layihəsi”nin birinci mərhələsi üzrə 180 milyon ABŞ dolları məbləğində suveren kreditin ayrılmasını təsdiqləyib.

BBN.az bu barədə Banka istinadən xəbər verir. Məlumata görə, AIIB fevralın 6-da maliyyələşdirməni təsdiq edib.

Qeyd edilib ki, layihənin məqsədi Bakı metrosunun xidmət etibarlılığını artırmaq, texniki xidmətin səmərəliliyini yüksəltmək və əməliyyat təhlükəsizliyini gücləndirməklə yanaşı, gələcək metro genişlənməsinə şərait yaratmaqdır.

Layihə Dərnəgül və Xocəsən deposunun tikintisi və avadanlıqla təchizatını, bundan əlavə, Yaşıl xətt üzrə 10 mövcud stansiyada təhlükəsizlik, ekoloji və sosial göstəricilərin yaxşılaşdırılması nəzərdə tutur.

AIIB vurğulayıb ki, depoların yaradılması Bakı metrosunun inkişafı üçün əsas infrastruktur bazasıdır və bu, xüsusilə “May 28” stansiyasında Qırmızı və Yaşıl xətlərin ayrılması üçün kritik imkan yaradacaq.

Qeyd edək ki, layihə üzrə borcalan qismində Azərbaycan Maliyyə Nazirliyi çıxış edir, icraçı qurum isə “Bakı Metropoliteni” QSC-dir.

Related posts

Fevralda Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Banklar əhaliyə 118 mln. manat depozit faizi ödəyiblər

Avropa Mərkəzi Bankı ardıcıl üçüncü ildir ki, zərər açıqlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı