“Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası” ASC 2024-cü ili 874 min manat xalis zərərlə başa vurub.
Şirkətin ötən il üzrə vergiyədək zərəri 873 min manat, mənfəət vergisi ödəməsi isə 1 min manat təşkil edib.
2025-ci il yanvarın 1-nə “Akkord”un aktivləri 487,443 milyon manat olub ki, bu da illik müqayisədə 0,2% azdır. Hesabat dövründə öhdəliklər cüzi artaraq 301,767 milyon manata yüksəlib, balans kapitalı isə 0,4% azalaraq 178,176 milyon manata enib.
Qeyd edək ki, “Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası” 2010-cu ildə yaradılıb və onun nizamnamə kapitalı 90,331 milyon manatdır.