Aktiv ƏDV ödəyicilərinin sayı 15% artıb

2023-cü il avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.470.553 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin yanvar – iyul ayları ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,0 faiz, hüquqi şəxslərin sayı 9,3 faiz artıb. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 169.751 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayında 10 faiz artım qeydə alınıb.

2023-cü il avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,4 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32.934 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artım deməkdir. 2023-cü ilin yanvar – iyul ayları ərzində 9.133 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,6 faizi yerli investisiyalı, 12,4 faizi isə xarici investisiyalıdır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,1 faizi elektron qaydada qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,4 faiz təşkil edib. 2023-cü ilin 7 ayında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1.262 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət  qeydiyyata alınıb.

2023-cü ilin iyul ayı ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin iyul ayı ilə müqayisədə 34,3 faiz,  fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 0,7 faiz artıb.

Related posts

Ankara OSTİM Mütəşəkkil Sənaye Bölgəsinin üzvləri ilə görüş keçirilib

İİTKM-in şöbə müdiri Çində seminarda iştirak edib

Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə növbəti maarifləndirici seminar keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı