Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 27% artıb

2023-cü ilin mart ayının 1-nə ölkə üzrə uçotda olan 1.420.834 vergi ödəyicisinin 87,3%-i fiziki şəxs, 12,7%-i hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1%, o cümlədən fiziki şəxslərin sayı 4,4%, hüquqi şəxslərin sayı isə 9,9% artıb.

2023-cü ilin mart ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,2%-i məhdud məsuliyyətli cəmiyyət, 1,4%-i səhmdar cəmiyyəti, 1,1%-i kooperativ və s. formalarda yaradılıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 14,7% artıb, xüsusi çəkisi isə 62,5% təşkil edib. Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayında müqayisə edilən dövr üzrə 27% artım qeydə alınıb. Hesabat dövründə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı ötən illə müqayisədə 11,7% artıb. Yanvar-fevral aylarında kommersiya qurumlarının 82,5%-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 95,1% təşkil edib.

Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 87,6%-i yerli investisiyalı, 12,4%-i xarici investisiyalıdır. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 341 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,3%, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 14,6% olub.

Related posts

BFB 2024-cü ilin yanvar-iyun ayları üzrə ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsini açıqladı

Milli Depozit Mərkəzinin investorlara qiymətli kağızlar üzrə ödənişləri barədə məlumat

MDM üzvü olan investisiya şirkətləri tərəfindən öz  müştərilərinə depo hesablarını məsafədən açmaq imkanı yaradıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı