Alman bankı kriptovalyuta lisenziya üçün nəzarət orqanına müraciət edib

Almaniya bankları arasında bazar kapitalizasiyasına görə ilk beşlikdə yer alan banklardan “Commerzbank” fəaliyyət sahəsini genişləndirməyi planlaşdırır. Belə ki, bank istifadəçilərinə kriptovalyuta ilə əməliyyatların həyata keçirilməsinə imkan tanıyan xidmətlərin mümkünlüyü məqsədilə Almaniyanın maliyyə bazarlarına nəzarət qurumu olan “BaFin” institutuna lisenziya üçün müraciət edib. İlkin olaraq, biznes bankçılığı sahəsində kriptovalyuta xidmətlərini istifadəyə verəcəyini açıqlayan bank, daha sonralar fərdi bankçılıqda da sözügedən konsepsiyanın tətbiqinə başlayacaq. Bankın biznes bankçılıq sahəsində 70 mindən artıq istifadəçisi mövcuddur.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayından etibarən qanunvericilikdə dəyişikliklər edilərək banklara kriptovalyutalar ilə əməliyyatlar üçün imkan tanınıb. Bununla belə, maliyyə qurumları sözügedən əməliyyatların həyata keçirilməsi üçün “BaFin” institutundan lisenziya əldə etməlidir.  Nəzarət orqanına bu vaxta qədər edilən 25 lisenziya müraciətindən 4-ü təsdiqlənib və həmin qurumlara kriptovalyuta ilə əməliyyatlar üçün lisenziya verilib. İlkin lisenziya alan maliyyə təşkilatları “Coinbase” və “Upvest” olub.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı