Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Alman nəhəngi geriləyir: "Bosch" 17 ildən sonra ilk dəfə ili zərərlə başa vurdu - BBN

Alman nəhəngi geriləyir: “Bosch” 17 ildən sonra ilk dəfə ili zərərlə başa vurdu

Dünyanın ən böyük avtomobil komponentləri tədarükçülərindən biri olan “Bosch” ötən ili xalis zərərlə başa vurub.

BBN.az xəbər verir ki, bu barədə Almaniyanın Bild qəzeti şirkətin maliyyə hesabatına istinadən məlumat yayıb.

Şirkətin baş maliyyə direktoru Markus Forschner bildirib ki, “Bosch”un xalis zərəri 400 milyon avro təşkil edib. Bu, şirkətin 2009-cu il qlobal maliyyə böhranından sonra ilk dəfə zərər açıqlaması kimi qiymətləndirilir.

Qeyd edək ki, 2024-cü ildə “Bosch”un xalis mənfəəti əvvəlki illə müqayisədə iki dəfə azalsa da, təxminən 1,3 milyard avro səviyyəsində müsbət qalıb. Lakin son nəticələrə əsas təsir edən amil kadr restrukturizasiyası olub. Bu proses şirkətə 2,7 milyard avroya başa gəlib.

2025-ci ildə isə şirkətin fəaliyyətinə bir neçə mənfi faktor təsir göstərib. Bunlar arasında valyuta məzənnələrinin dəyişkənliyi, yüksək əməliyyat xərcləri və əlavə gömrük rüsumları yer alır. Eyni zamanda, qlobal iqtisadi vəziyyət səbəbindən istehlakçıların məişət texnikası və digər avadanlıqların alınmasını təxirə salması satışlara mənfi təsir edib.

Bu çərçivədə “Bosch” yaxın illərdə təkcə avtomobil komponentləri bölməsində 22 minə qədər iş yerini ixtisar etməyi planlaşdırır. İxtisarlar həmçinin məişət texnikası və elektrik alətləri bölmələrini də əhatə edəcək.

2025-ci ilin sonuna şirkətin dünya üzrə işçi sayı 412 774 nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5 085 nəfər azdır. Xüsusilə Avropadan digər regionlara işçi qüvvəsinin köçürülməsi diqqət çəkir. Bu proses ən çox işçilərin təxminən 30%-nin çalışdığı Almaniyaya təsir edib. Ölkədə işçi sayı il ərzində 6 700 nəfər azalaraq 123 min nəfərə düşüb.

Buna baxmayaraq, “Bosch” rəhbərliyi cari ildə gəlirin 2–5% artacağını proqnozlaşdırır. Əməliyyat mənfəətinin də yüksələcəyi gözlənilir.

Related posts

Netflix-in gəliri birinci rübdə 16,2 faiz artıb

BBC-də kütləvi ixtisar: 2 min işçini ixtisar edəcək

Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığı genişləndirir – Zəngilanda mühüm iclas keçirildi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı