Alman nəhəngi loqosunu dəyişib

Alman avtomobil istehsalçısı BMW loqosunda son 100 ilin ən böyük dəyişikliyini edib.

BMW yeni I4 avtomobillərinin təqdimatı zamanı yeni loqosunu da təqdim edib. Yeni loqo ümumi olaraq markanın loqo tərzini saxlasa da öz adına köklü bir dəyişikliyə gedib. Belə ki, marka yarandığı gündən 4 dəfə restaylinq edib, amma hər birində ümumi tərzdə dəyişiklik baş verməyib. Son restaylinqdə isə loqonun markanın fonunda olan qara zolağı götürülüb, şəffaf zolaq ilə əvəz edilib. Bundan başqa son loqodan fərqli olaraq artıq 3D və işıq effekti də yığışdırılıb. Loqo artıq daha minimal görünür. Dairəvi forma və markanın vətəni olan Bavariya əyalətinin rəngləri mavi və ağ rənglər isə olduğu kimi qalır. Bu həm də markanın loqoda tarixini və modernliyi qoruduğunu göstərir. Şirkətin rəsmi nümayəndəsi Jens Timer yeni şəffaf loqonun yaradılmasının əsas səbəbinin şirkətin şəffaf və aydın strategiyasını daha yaxşı təcəssüm etdirmək olduğunu bildirib.

Markanın rəsmi saytı loqonun tarixi ilə əlaqədar yazı paylaşıb və yazıda loqonun ideyasının təyyarə pərlərindən gəldiyi güman edilən fikrinin də yanlış olduğunu deyərək bunun sadəcə 1929-ci ilə aid bir reklam posterində istifadə olunduğunu qeyd edir.

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı