Alman rəqəmsal bankı cərimələnib

Almaniyanın “fintech” sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərindən olan “N26” ölkənin maliyyə tənzimləyici orqanı olan “BaFin” tərəfindən 4.25 milyon avro məbləğində cərimələnib. Cərimənin səbəbi kimi isə, sözügedən rəqəmsal bankın çirkli pulların yuyulmasının (ÇPY) qarşısının alınmasında gecikmələr göstərilib.

Belə ki, 2019 və 2020-ci illərdə baş verən şübhəli maliyyə əməliyyatları “N26” tərəfindən yalnız 2021-ci ilin əvvəllərində “BaFin”ə hesabat şəklində təqdim edilib. “N26” rəhbərliyi açıqlamasında, vaxtlı-vaxtında məlumatların ötürülməsi üçün şirkətdaxili tənzimləmələrin aparıldığını bildirib.

Məlumat üçün qeyd edək ki, 2013-cü ildə yaranan Berlin mərkəzli şirkətin hazırda bazar kapitalizasiyası 3.5 milyard dolların üstündədir.  

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı