Almaniya Azərbaycan şirkətlərinin layihələrini dəstəkləməyi təklif edir

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi inkişaf etməkdə olan ölkələrdə koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini əhəmiyyətli dərəcədə azaltmaq məqsədilə özəl şirkətlərin təklif etdiyi tədbirləri dəstəkləyir.

Alman-Azərbaycan Xarici Ticarət Palatası və Almaniyanın Azərbaycandakı Səfirliy bu dəstək proqramı ilə maraqlanan Azərbaycan şirkətlərini 30 sentyabr 2020-ci il tarixinədək “COVID-19 Response” başlığı ilə müraciət etməklə layihə təkliflərini təqdim etməyə dəvət edir.

Müvafiq layihələr 200 000 avroya qədər maliyyələşdirilə bilər.

Proqram Alman və Avropa şirkətləri, habelə inkişaf etməkdə olan ölkələrin (Azərbaycan kimi) aşağıdakı tələblərə cavab verən şirkətləri üçün açıqdır:

– illik dövriyyəsi ən azı 400 000 avro olan;

– iki əməliyyat maliyyə ilinin qeydləri olan;

– Avropa İttifaqı və ya İqtisadi Əməkdaşlıqın və İnkişaf Təşkilatının İnkişafa Kömək Komitəsinin siyahısında olan bir ölkədə qeydiyyata alınan və s.

Proqram və tələb olunan meyarlar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: https://www.developpp.de/en/covid19/

Proqramda iştirak etməkdə maraqlı olan Azərbaycan şirkətləri məsləhət üçün Alman-Azərbaycan Xarici Ticarət Palatasına (fabian.zittlau(at)ahkbaku.de ) və ya +994 (50) 273 44 59 nömrəli telefona müraciət edə bilərlər.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı