Almaniya Mərkəzi Bankının sədri il sonunda istefa verəcək

Almaniya Mərkəzi Bankının (Bundesbank) prezidenti vəzifəsini uzun müddətdir ki icra edən Jens Weidmann şəxsi səbəblərdən dolayı ilin sonunda vəzifəsindən ayrılacağını açıqlayıb. Qeyd edək ki, Avropa Mərkəzi Bankına (ECB) qarşı daima tənqidçi yanaşmaları ilə tanınan Weidmannın idarəçilik dövrü 2019-cu ilin sonlarında verilən qərar ilə 2027-ci ilin sonuna qədər uzadılmışdı.

2011-ci ildən Bundesbankın rəhbər vəzifəsini icra edən Jens Weidmannın yerinə Almaniya hökuməti tərəfindən onun müavini Claudia Buch və ya ECB-nin İdarə Heyətinin üzvü İsabel Schnabelin təyin edilməsi proqnozlaşdırılır.

Jens Weidmann Bundesbankın əməkdaşlarına istefa xəbərini açıqladığı iclasda ölkə iqtisadiyyatının cari vəziyyətinə də toxunub. Weidmann nitqində bildirib ki, ECB post-pandemiya dövründə ölkə iqtisadiyyatında volatilliyin sabitlənməsi üçün ayrılacaq stimul paketlərini düzgün tənzimləməlidir. Əks halda, bu ölkədə inflyasiya göstəricilərinin arzuolunmaz səviyyəyə yüksəlməsinə gətirib çıxara bilər.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı