Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Almaniyada inflyasiya proqnozlardan aşağı olub - BBN

Almaniyada inflyasiya proqnozlardan aşağı olub

Almaniyada iyun ayı illik inflyasiya 2 faiz olub.

BBN.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) Aİ-ə uyğunlaşdırılmış istehlakçı qiymət indeksinə dair iyun ayı göstəricilərini açıqlayıb.

Destatis-in məlumatına görə, iyun ayında Almaniyada istehlakçı qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artıb. Bloomberg-in sorğusunda iştirak edən 15 iqtisadçı isə orta hesabla 2,2 faizlik artım proqnozlaşdırırdı. Xatırladaq ki, may ayında illik inflyasiya 2,1 faiz səviyyəsində qeydə alınmışdı.

Aylıq müqayisədə isə istehlakçı qiymətləri iyun ayında 0,1 faiz artıb. Bloomberg sorğusunda iştirak edən iqtisadçılar bu göstəricinin 0,3 faiz olacağını gözləyirdilər. May ayında isə aylıq inflyasiya 0,2 faiz təşkil etmişdi.

Related posts

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı üç dəfə azalıb

Azərbaycanda dövlət qurumlarını təqlid edən saxta domenlərin sayı artıb

İKZF ötən il mənzil alışını azaltdı, kirayə fondunu isə genişləndirdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı