Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Almaniyanın maliyyə institutları Azərbaycana investisiya yatırmağa hazırdır - BBN

Almaniyanın maliyyə institutları Azərbaycana investisiya yatırmağa hazırdır

Almaniyanın aparıcı maliyyə institutları Azərbaycanda həyata keçirilən layihələrə investisiya yatırmağa hazır olduqlarını açıqlayıb.

Bunu Alman-Azərbaycan Xarici Ticarət Palatası-nın icraçı direktoru Narqis Vik “Orta Dəhliz: Azərbaycan və Qazaxıstanda biznes imkanları” mövzusunda keçirilən vebinarda deyib.

Onun sözlərinə görə, Almaniya biznesi üçün Azərbaycanda dəmir yolu və siqnalizasiya sistemləri, hərəkətin idarə olunması, təhlükəsizlik texnologiyaları, Xəzər dənizində gəmiqayırma və liman layihələri kimi sahələr böyük potensiala malikdir.

Bundan əlavə, logistika mərkəzlərinin və intermodal terminalların yaradılması, gömrük və ticarət proseslərinin rəqəmsallaşdırılması, eləcə də “Yaşıl dəhliz” boyunca bərpa olunan enerji mənbələri üzrə layihələr perspektivli istiqamətlər kimi qiymətləndirilir.

N.Vik qeyd edib ki, Almaniyanın aparıcı maliyyə institutları – Commerzbank, LBBWEuler Hermes bu sahələrdə geniş imkanlar görür.

“Bu yaxınlarda Bakıda həmin bankların iştirakı ilə ixracın maliyyələşdirilməsinə həsr olunmuş konfrans təşkil etdik. Layihələrin maliyyələşdirilməsinə hazırıq, iri sifarişlərin icrası zamanı isə Azərbaycan hökuməti tərəfindən dövlət zəmanəti təqdim oluna bilər”, – deyə o əlavə edib.

Related posts

İslam İnkişaf Bankı Qarabağ suvarma kanalının yenidən qurulmasına 436 mln. dollar ayıra bilər

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib

Küveytdə pensiya və sosial sığorta sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı