Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Altı ayda bank sektorunda 56,7 mln. manatlıq kredit silinib - BBN

Altı ayda bank sektorunda 56,7 mln. manatlıq kredit silinib

2025-ci ilin ilk yarısında Azərbaycanda bank sektoru üzrə 56,7 milyon manatlıq kredit silinməsi baş verib.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Hesabata əsasən, kredit silinmələrinin əsas hissəsi istehlak portfeli üzrə qeydə alınıb. Belə ki, ümumi silinmələrin 61,1%-i (34,61 mln. manat) istehlak kreditlərinə, 38,8%-i (22 mln. manat) isə biznes kreditlərinə aid olub.

Mərkəzi Bankın məlumatına görə, biznes kreditlərinin cəmi 2,8%-i qeyri-işlək statusundadır. 2024-cü ilin sonu ilə müqayisədə biznes portfeli üzrə qeyri-işlək kreditlərin (QİK) həcmi 14,9% artaraq 431 mln. manata çatıb, QİK əmsalı isə 0,3 faiz bəndi yüksələrək 2,8% təşkil edib. QİK-dəki artım əsasən tikinti sektoru üzrə müşahidə olunub.

AMB-nin təhlillərinə görə, biznes portfelindəki problemli kreditlərin artımı fərdi müştərilər hesabına baş verib və sistem xarakteri daşımır.

Eyni zamanda, istehlak kreditləri üzrə qeyri-işlək portfel nominal ifadədə 30% artaraq (75 mln. manat) 321 mln. manata çatıb. Bu kateqoriya üzrə QİK əmsalı 0,7 faiz bəndi artaraq 3,6%-ə yüksəlib.

Related posts

Bankların biznes kreditləri üzrə təminatlılıq səviyyəsi məlum olub

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

AIIB Bakı metrosu ilə bağlı 180 mln. dollarlıq krediti təsdiqləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı