“Amazon” 1.4 milyard funt-sterlinq itirə bilər

Beynəlxalq elektron ticarət nəhəngi “Amazon” bir müddət əvvəl Böyük Britaniyada buraxılan “Visa” plastik kartlarından ödənişləri qəbul etməyi dayandıracağını açıqlayıb. Əsas səbəb kimi isə, tranzaksiyalardan tutulan rüsumların yüksək olmağı göstərilib.

Araşdırmalara əsasən, 19 yanvar 2022-ci ildən etibarən qüvvəyə mindirilməsi planlaşdırılan bu qərar “Amazon” şirkətinin gəlirlərində müəyyən təsirlər göstərəcək. Belə ki, “Amazon” şirkətinin Böyük Britaniyada mövcud olan 48 milyon istifadəçisinin təqribi 13%-lik qismi (6.15 milyon nəfər) bu qərardan sonra fərqli şirkətlərə yönəlib. Bu isə, 2020-ci ildə “Amazon” şirkətinin Böyük Britaniya bazarından əldə etdiyi 20.63 milyard funt-sterlinqlik gəlirin 1.356 milyard funt-sterlinqinin “buxarlanması” deməkdir.

Böyük Britaniya mərkəzli “Omdia” konsultasiya şirkətinə görə, bu addım bankçılıq texnologiyaları sahəsində yeni bir başlanğıc olacaq və açıq bankçılığın yayılmasını sürətləndirəcək.

Related posts

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı