Amazon: Robotlar yayılıb, lakin bizim insanlara hələ də ehtiyacımız var

Satışlar yüksəldiyinə görə, Amazon robotlardan istifadəni artırıb və onlara qiymətlərin azaldılması ilə bağlı təzyiq edirlər.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, e-kommersiya nəhənginin bağlamlarının artıq ¾-ü robotlar sistemindən istifadə edilməklə çatdırılır.

Amazon Robotics-də baş texnologiya üzrə mütəxəssis Tye Brady isə BBC-yə bildirib ki, yaxın 5 ildə bu 100%-ə çata bilər. Lakin şirkət investisiyanın qiymətləri nə qədər azaldacağı ilə bağlı rəqəm verə bilmir.

Şirkətdə çalışan işçilər isə maşınların necə tez bir zamanda insan əməyini əvəzlədiyini müşahidə edirlər və artıq 700 vəzifə texnoloji üstünlükdən istifadə edilməklə yaradılıb.

“Əlbəttə ki, işlər dəyişilir, lakin burada hər zaman insanlara ehtiyac olacaq”, – deyə Tye Brady deyib.

Related posts

Rəqəmsal tələbə kartı artıq tələbələrin istifadəsinə verilir

“Mynumber.az”da istədiyin nömrəni “SİMA İmza” ilə sifariş et!

Azərbaycanda internetin qiyməti artdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı