“Amazon” və “Visa” razılığa gəlib

Ötən il beynəlxalq elektron ticarət nəhəngi “Amazon” əvvəl Böyük Britaniyada buraxılan “Visa” plastik kartlarından ödənişləri qəbul etməyi dayandıracağını açıqlamışdı. Əsas səbəb kimi isə, tranzaksiyalardan tutulan rüsumların yüksək olmağı göstərilib.

Bugün isə, iki texnologiya şirkəti arasında razılaşma müqaviləsi imzalanıb. Belə ki, Böyük Britaniyada istehlakçılar artıq “Visa” plastik kartlarından istifadə edərək “Amazon” platformasında alış-veriş tranzaksiyaları həyata keçirə biləcək. Bununla yanaşı, Sinqapur və Avstraliya platformalarında “Visa” tranzaksiyalarına tətbiq edilən 0.5%-lik rüsum da ləğv edilib.

Ekspertlərin yanaşmasına görə, razılaşmanın əldə edilmədiyi təqdirdə “Amazon” şirkətinin Böyük Britaniya bazarından əldə etdiyi 20.63 milyard  funt-sterlinqlik gəlirin 1.356 milyard funt-sterlinqinin itirilməsi baş verə bilərdi.

CNBC

Related posts

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı