Amazonun gəlirində 3-cü rübdə artım olub

Amazon iyul-sentyabr dövrü üçün balans hesabatını açıqlayıb. ABŞ-ın e-ticarət nəhəngi Amazon-un gəliri ilin üçüncü rübündə 13 faiz artıb.

BBN.az xəbər verir ki, Amazon-un bu ilin üçüncü rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 13% artaraq 143,1 milyard dollara çatıb. Şirkətin xalis satışları 2022-ci ilin üçüncü rübündə 127,1 milyard dollar olub.

Üçüncü rübdə Amazon-un xalis mənfəəti 9,9 milyard dollar olmuşdu. Şirkət ötən ilin eyni dövründə 2,9 milyard dollar mənfəət açıqlamışdı. Elektron ticarət nəhənginin bir səhm üzrə xalis mənfəəti bu ilin üçüncü rübündə 94 sent olaraq hesablanıb. Şirkət ötən ilin eyni dövründə hər bir səhm üçün 28 sent mənfəət əldə edib.

Related posts

Ağdamda fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlıq imkanları müzakirə edilib

İspaniya Krallığının “Rəsmi Kredit İnstitutu” ilə təcrübə mübadiləsi keçirilib

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı