Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB aktivlərin təsnifləşdirilməsinə və mümkün zərərlərin ödənilməsinə dair qaydanı dəyişib - BBN

AMB aktivlərin təsnifləşdirilməsinə və mümkün zərərlərin ödənilməsinə dair qaydanı dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 22 iyul 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, borcalanın zərəri hesablanarkən onun faiz, vergi və amortizasiya xərcləri nəzərə alınmayacaq. Başqa sözlə, borcalanın zərərlə fəaliyyət göstərməsi dedikdə onun faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət göstəricisinin onun cəmi faiz xərclərindən az olması və ya mənfi olması nəzərə alınacaq.

Bundan başqa, yüksək keyfiyyətli qiymətli kağızlara AMB-nin buraxdığı qiymətli kağızlarla eyni kredit reytinqinə malik çoxtərəfli inkişaf banklarının buraxdığı qiymətli kağızlar da aid edilib.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Related posts

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb

Mərkəzi Bank: 10 manatlıq əskinaslar ödəniş terminallarında qəbul edilməlidir

Mərkəzi Bankın sədri Taleh Kazımov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı