Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən “Baku Fintech Forum 2025″də bildirib ki, açıq bankçılıq sahəsində hələ başlanğıc mərhələdəyik və bir neçə fazadan ibarət planımız var.
O qeyd edib ki, alt fintechlərin inteqrasiyası ilə bağlı onlara məktub göndərilib. Bundan əlavə, “payment initiation” – yəni ödənişlərin təqlidi funksiyasını tətbiq etmək üçün əvvəlcə banklar, sonra isə fintechlər prosessə daxil ediləcək. AMB həmçinin, meqarequlyator kimi sığorta və investisiya şirkətlərini Açıq Maliyyə sisteminə inteqrasiya etməyi planlaşdırır.
Bu addımlar Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinin inkişafını sürətləndirəcək və fintech ekosisteminin daha da genişlənməsinə şərait yaradacaq.
Mənbə: Report.az