Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda kredit dərinliyi aşağıdır — AMB: Kreditlərin artım potensialı mövcuddur - BBN

Azərbaycanda kredit dərinliyi aşağıdır — AMB: Kreditlərin artım potensialı mövcuddur

Azərbaycanda kreditin dərinliyi “benchmark” ölkələri ilə müqayisədə aşağıdır — AMB rəsmisi

Bunu Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib.

Onun sözlərinə görə, ölkədə ümumi kredit portfeli 30 milyard manat, istehlak kreditləri isə 9,3 milyard manat təşkil edir. İstehlak kreditlərinin ÜDM-ə nisbəti 7-8% arasında dəyişir ki, bu da “benchmark” ölkələrlə müqayisədə aşağıdır və kreditlərin artım potensialının mövcud olduğunu göstərir.

Ataxan Həsənov əlavə edib ki, Mərkəzi Bank kreditləşmənin, xüsusilə də əhalinin borclanmasının, gəlirlərə mütənasib və məsuliyyətli şəkildə həyata keçirilməsini təmin etmək üçün prudensial siyasət və qanunvericilik çərçivəsini formalaşdırır. Bu çərçivədə əhalinin borclanmasının sağlam və riskli olmaması üçün aylıq borc yükü gəlirin müəyyən faizi ilə məhdudlaşdırılır.

2019-cu ildən etibarən aylıq borc yükü gəlirin 45%-ni keçdikdə banklara əlavə ehtiyat tələbləri qoyulurdu, 2022-ci ildən isə bu hədd 70%-ə qaldırılıb. Bu tənzimləmələr izafi borclanma risklərinin qarşısını almağa yönəlib.

AMB-nin təhlillərinə görə, son illərdə Azərbaycanda problemli kreditlərin həcmi aşağı səviyyədədir və əhalinin borclanması sağlam prinsiplərə əsaslanır.

Related posts

AMB fişinq hallarına qarşı “özünəqadağa” sistemini tətbiq edəcək

8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!

ABB-dən fiziki şəxslər üçün yeni məhsul – ABB istiqrazları!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı