Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB banklarda “yaşıl” kreditlərlə bağlı qaydalara dəyişiklik edib - BBN

AMB banklarda “yaşıl” kreditlərlə bağlı qaydalara dəyişiklik edib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti banklarda kredit risklərinin idarə olunması qaydalarında dəyişikliklər edib.

Bu barədə AMB-nin sədrinin birinci müavini Əliyar Məmmədyarovun imzaladığı yeni qərarda qeyd olunub.

Qərara əsasən, “yaşıl” və “dayanıqlılıqla əlaqəli” kreditlər üzrə borcalanın ödəmə qabiliyyəti qiymətləndirilərkən onun fəaliyyəti, layihəsi və ya məhsulunun “yaşıl” və dayanıqlı olmasını təsdiqləyən sənədlər tələb ediləcək. Bu sənədlərə özünüqiymətləndirmə sənədi, ixtisaslaşmış şəxslər tərəfindən verilmiş rəy və ya beynəlxalq təşkilatların təqdim etdiyi təsdiqedici sənəd aid ola bilər.

Eyni zamanda, banklar “yaşıl” və “dayanıqlılıqla əlaqəli” kredit risklərini ən azı ildə bir dəfə monitorinq etməli, strateji plana uyğun olmayan fəaliyyətlərin vaxtında aşkar edilməsi üçün müvafiq tədbirlər görməlidirlər.

Qaydada bildirilir ki, “dayanıqlılıqla əlaqəli” kreditlər üzrə monitorinq zamanı borcalandan onun əsas fəaliyyət göstəriciləri və dayanıqlılıq hədəfləri ilə bağlı məlumatlar tələb olunmalıdır.

Bundan əlavə, “yaşıl” və “dayanıqlılıqla əlaqəli” kreditlərin müqavilə şərtlərinə uyğun istifadə edilmədiyi hallarda onların digər kredit kateqoriyalarına keçirilməsi üçün mexanizmlər müəyyənləşdiriləcək.

Related posts

İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif!

Hesablama Palatasının səlahiyyətləri genişləndirilir

PAŞA Bank-ın səhmdarı olmaq artıq hər kəs üçün mümkündür

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı