Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB-də departament direktoru vəzifəsindən ayrılıb - BBN

AMB-də departament direktoru vəzifəsindən ayrılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov vəzifəsindən ayrılıb.

Rüstəm Şamil oğlu Tahirov 2024-cü ilin yanvarından AMB-də bu vəzifəni tutub.

O, bundan əvvəl 2020–2023-cü illərdə AMB-nin Maliyyə sabitliyi departamentinin direktoru, 2016–2019-cu illərdə isə Maliyyə Bazarlarına Nəzarət Palatasında prudensial siyasət və bazar vasitəçilərinə nəzarət istiqamətləri üzrə rəhbər vəzifələrdə çalışıb.

R.Tahirov 2001–2016-cı illərdə də AMB-də müxtəlif vəzifələrdə, o cümlədən prudensial nəzarət metodologiyası bölməsinin rəhbəri kimi fəaliyyət göstərib.

2019–2020-ci illərdə ABŞ-ın Boston Universitetində Hubert H. Humphrey Fellowship proqramında iştirak edən Tahirov maliyyə sistemlərinin dayanıqlılığı, tənzimləmə və nəzarət çərçivələri üzrə araşdırmalar aparıb.

Mənbə: Banker.az

Related posts

Azərbaycanda biznes kreditlərinin həcmi 17,3 milyard manata çatıb

AMB sədr müavini Özbəkistan Mərkəzi Bankının rəsmisi ilə görüşüb

Azərbaycanın qara metal ixracı 23,5% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı