AMB-də kapital bazarları üzrə əsas strateji prioritetlər müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında (AMB) qarşıdakı dövr üçün kapital bazarları üzrə əsas strateji prioritetlər müzakirə edilib.

Məlumata görə, qurumun sədr müavini Əli Əhmədov “Azərbaycan Kapital Bazarları Assosiasiyası” İctimai Birliyi, “Bakı Fond Birjası” QSC, Milli Depozit Mərkəzi və investisiya şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb. Görüş çərçivəsində bu ilin I yarısında kapital bazarlarında əldə olunmuş nəticələr, investisiya şirkətlərinin fəaliyyəti və mövcud çağırışlar ətraflı müzakirə olunub, sektorun dayanıqlılığının artırılmasına yönəldilmiş təşəbbüslər barədə geniş fikir mübadiləsi aparılıb.

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı 

 

Related posts

Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı

ABA eksperti Eltəkin Rəhimov 60 illik yubileyi münasibətilə təbrik edilib

Yelo Bank dəftərxana və təsərrüfat mallarının alışına dair texniki tender elan edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı