Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB: Dayanıqlı maliyyələşmənin genişləndirilməsi əsas istiqamətimizdir - BBN

AMB: Dayanıqlı maliyyələşmənin genişləndirilməsi əsas istiqamətimizdir

Azərbaycan Mərkəzi Bankı (AMB) siyasətlərin qarşılıqlı gücləndirilməsini və dayanıqlı maliyyələşmənin genişləndirilməsini əsas istiqamət kimi müəyyən edir.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş “8-ci DİM Dialoqu: Dayanıqlı İnkişaf üçün İnnovativ Maliyyələşdirmə: Yardım və Ənənəvi Rəsmi İnkişaf Yardımından (RİY) Kənar” tədbirində bildirib.

Onun sözlərinə görə, AMB-nin siyasətləri bir-birini tamamlamalı və gücləndirməlidir: “AMB-ninmandatından kənarda olan, lakin əldə edilməsi daha asan görünən bir sıra mühüm imkanlar mövcuddur. Bunlara karbon qiymətinin müəyyən edilməsi və dövlət investisiyaları daxildir. Dövlət investisiyaları dedikdə hər zaman yeni maliyyələşmə nəzərdə tutulmur. “Yaşıl maliyyələşmə” və dövlət investisiyaları çərçivəsində əsas məqsəd yeni maliyyə mənbələrinin yaradılması deyil, mövcud resursların daha səmərəli şəkildə yönləndirilməsidir. Burada söhbət dövlətlərin artıq üzərinə götürdüyü maliyyə öhdəlikləri və xərclərin yaşıl və dayanıqlı investisiyalara, daha dəqiq desək, taksonomiyaya uyğun fəaliyyətlərə istiqamətləndirilməsindən gedir”.

“AMB dayanıqlı maliyyələşmə üçün əlverişli mühitin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Xüsusilə məlumat bazası infrastrukturunun formalaşdırılması prioritet istiqamətlərdən biridir. Bu məqsədlə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq genişləndirilir və məlumatların əlçatanlığının artırılması üzərində iş aparılır. Bu çərçivədə keçid riskləri üzrə məlumat xəritəsi hazırlanıb. Eyni zamanda təbiətlə bağlı risklər üçün məlumat bazasının formalaşdırılması istiqamətində işlər davam etdirilir. Azərbaycanın təbiət risklərinə məruz qalma səviyyəsi yüksəkdir. Bununla yanaşı, bu siyasətlərin dövlət və fiskal siyasətlərlə əlaqələndirilməsi və risklərin idarə olunması baxımından daha dayanıqlı hala gətirilməsi vacibdir. Gələcək mərhələdə AMB hökumətin sosial-iqtisadi inkişaf və ekoloji məqsədlərinə nail olunması üçün taksonomiyanın daha effektiv tətbiqi ilə bağlı öz təklif və tövsiyələrini təqdim etməyə davam edəcək”, – deyə AMB rəsmisi əlavə edib.

Related posts

Azərbaycan xalis maliyyə aktivlərini 182 milyon dollar artırıb

Azərbaycana və xaricə pul köçürmələrinin həcmi açıqlanıb

Azərbaycanda dayanıqlı maliyyə alətləri daha da genişləndiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı