Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB “E-Kredit” BOKT-un lisenziyasını ləğv edib - BBN

AMB “E-Kredit” BOKT-un lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı “E-Kredit Bank olmayan kredit təşkilatı” MMC-nin lisenziyasını ləğv edib.

Məlumata görə, “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 25.1.1-ci maddəsinə uyğun olaraq, E-Kredit Bank olmayan kredit təşkilatı MMC-nin təqdim etdiyi ərizə əsasında Mərkəzi Bankın İdarə Heyətinin 13 may 2026-cı il tarixli qərarı ilə təşkilata verilmiş 24 iyul 2024-cü il tarixli, BKT-48 nömrəli lisenziya ləğv olunub.

AMB bildirib ki, lisenziyanın ləğvi təşkilatın könüllü müraciəti əsasında həyata keçirilib.

Qeyd edilib ki, qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatının lisenziyası ləğv edildiyi gündən qurum fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun qaydada ləğv edilir.

Related posts

Ziraat Bank Azərbaycan Sumqayıt Bulvar Residence layihəsi üzrə partnyor daşınmaz əmlak krediti kreditini təqdim edir

Xalq Bankda yeni müşavirlər təyin edildi

Böyük planların üçün rahat kredit təklifi – Expressbankda

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı