Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB faiz dəhlizinə dair 2026-cı il açıqlama qrafikini ilin sonunadək təqdim edəcək - BBN

AMB faiz dəhlizinə dair 2026-cı il açıqlama qrafikini ilin sonunadək təqdim edəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrləri ilə bağlı qərarların 2026-cı il üzrə ictimaiyyətə açıqlanma qrafikinin ilin sonunadək dərc ediləcəyini bildirib.

Qurumun məlumatına görə, faiz dəhlizi ilə bağlı növbəti qərarlar proqnoz və faktiki inflyasiya meyilləri, habelə yenilənmiş makroiqtisadi təhlillər əsasında qəbul olunacaq. AMB qiymət sabitliyinin qorunması üçün sərəncamındakı bütün alətlərdən istifadə etməyə davam edəcəyini vurğulayıb.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin son qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0,25 faiz bəndi azaldılıb. Nəticədə uçot dərəcəsi 6,75%, faiz dəhlizinin aşağı həddi 5,75%, yuxarı həddi isə 7,75% səviyyəsinə endirilib.

Related posts

Son 1 ildə Azərbaycanda pul bazası 15% artıb

AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi

Maliyyə savadlılığı gündəmdə – Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə ilə “Ekspert rəyi”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı