
Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrləri ilə bağlı qərarların 2026-cı il üzrə ictimaiyyətə açıqlanma qrafikinin ilin sonunadək dərc ediləcəyini bildirib.
Qurumun məlumatına görə, faiz dəhlizi ilə bağlı növbəti qərarlar proqnoz və faktiki inflyasiya meyilləri, habelə yenilənmiş makroiqtisadi təhlillər əsasında qəbul olunacaq. AMB qiymət sabitliyinin qorunması üçün sərəncamındakı bütün alətlərdən istifadə etməyə davam edəcəyini vurğulayıb.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin son qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0,25 faiz bəndi azaldılıb. Nəticədə uçot dərəcəsi 6,75%, faiz dəhlizinin aşağı həddi 5,75%, yuxarı həddi isə 7,75% səviyyəsinə endirilib.





