Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 24-də pul siyasətinin əsas alətlərindən biri olan uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını elan edəcək.
Xatırladaq ki, Mərkəzi Bankın son qərarı bu il mayın 6-da qəbul edilib. Həmin qərara əsasən, uçot dərəcəsi 6,5 %, faiz dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində dəyişdirilmədən saxlanılıb.
AMB bildirib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar inflyasiya proqnozlarının yenilənməsi, eləcə də aparılan makroiqtisadi təhlillərin nəticələri nəzərə alınmaqla veriləcək. Qurum qeyd edib ki, inflyasiya göstəricilərinin hədəf səviyyədən kənarlaşması riskləri yarandığı təqdirdə adekvat monetar siyasət tədbirləri həyata keçiriləcək.
Maliyyə bazarlarının diqqət mərkəzində olan qərarın ölkədə inflyasiya dinamikasına, kredit və əmanət bazarlarına təsir göstərəcəyi gözlənilir.