AMB maliyyə sektorunda nəzarət tədbirlərini davam etdirir

Azərbaycan Mərkəzi Bankı (AMB) “Paşa Bank” ASC-nin bir vəzifəli şəxsini 1 500 manat məbləğində cərimə edib.

BBN.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilir ki, Mərkəzi Bankın cari nəzarət prosesləri zamanı “Banklar haqqında” Qanunun 35.4-cü maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu aşkar edilib. Bu səbəbdən, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq “Paşa Bank” ASC-nin vəzifəli şəxsi cərimələnib.

Eyni zamanda, Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank BTB” ASC-nin bir vəzifəli şəxsinə 2 000 manat məbləğində cərimə tətbiq edib.

Bildirilir ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri nəticəsində “Banklar haqqında” Qanunun 35.4-cü maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq “Bank BTB”nin bir vəzifəli şəxsi cərimələnib.

Related posts

“GL” ASC-nin istiqrazının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu Kür çayının sahilində keçirildi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı