AMB nağd pulla bağlı xidmətlərin göstərilməsi sahəsində operator bank “Kapital Bank” ASC-ni müəyyən etmişdir

Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) nağd pulla bağlı biznes proseslərin optimallaşdırılması, eləcə də banklarda müasir texnoloji sistem və avadanlıqların tətbiqi ilə nağd pulun idarə edilməsində effektivliyin və səmərəliliyin yüksəldilməsi məqsədilə bir sıra biznes proseslərin banklara ötürülməsini həyata keçirir.

Bu çərçivədə ilk dəfə olaraq öz müştərilərindən qəbul etdiyi pullarla yanaşı, digər banklardan və poçt rabitəsinin milli operatorundan alınmış kağız milli pul nişanlarının avtomatlaşdırılmış emal avadanlığında çeşidlənməsini həyata keçirərək birbaşa və ya digər kommersiya bankları vasitəsilə təkrar tədavülə buraxılması üçün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş tələblərə cavab verən banklardan operator bankların seçilməsi prosesinə başlanılmışdır.

Mərkəzi Bank tərəfindən müəyyən edilmiş tələblərə, o cümlədən müvafiq emal infrastrukturuna, adekvat avadanlıq parkına, ixtisaslaşmış kadr potensialına, xüsusi təhlükəsizlik standartlarına və s. cavab verən və bu sahədə fəaliyyət göstərmək üçün müraciət edən Kapital Bank” ASC nağd pulla bağlı xidmətlərin göstərilməsi sahəsində operator bank müəyyən edilmişdir.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı