Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının ümumi dəyəri 1 milyard manatı keçib.
BBN.az xəbər verir ki, bu, 2024-cü il iyulun 24-dən bəri qeydə alınan ilk belə göstəricidir.
Məlumata görə, avqustun 13-də AMB-nin dövriyyədəki notlarının ümumi dəyəri əvvəlki günlə müqayisədə 127,5 milyon manat artaraq 1 milyard 70 milyon manata çatıb.
Qeyd edək ki, AMB 2022-ci il sentyabrın 1-dən yeni pul siyasəti çərçivəsində not emissiyasını həyata keçirir. Bu çərçivədə 28 günlük notlarla yanaşı, 84, 168 və 252 günlük notlar da dövriyyəyə buraxılır.
Hazırda bu notlar üzrə illik gəlirlilik müvafiq olaraq 5,93 %, 5,87 %, 5,88 % və 5,94 % təşkil edir.