zərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının ümumi dəyəri 2023-cü ilin oktyabrından bəri ilk dəfə 1,5 milyard manatı keçib.
Avqustun 27-də dövriyyədəki notların ümumi dəyəri əvvəlki günlə müqayisədə 82,5 milyon manat artaraq 1 milyard 525 milyon manata çatıb.
Beləliklə, dövriyyədəki AMB notlarının həcmi 2023-cü il oktyabrın 26-dan etibarən ilk dəfə 1,5 milyard manatlıq həddi keçib.
Qeyd edək ki, AMB 2022-ci il sentyabrın 1-dən yeni pul siyasəti çərçivəsində müxtəlif müddətli notlar buraxır. Hazırda dövriyyədə 28, 84, 168 və 252 günlük notlar mövcuddur.
Bu notların illik gəlirliliyi müvafiq olaraq 5,9%, 6,01%, 6,1% və 6,21% təşkil edir.