Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” 2025-ci ildə 85,6 % icra edilib.
Ötən il strategiya çərçivəsində nəzərdə tutulan tədbirlərin 14,4 %-nin icrası gecikib.
Hesabat dövründə ayrı-ayrı istiqamətlər üzrə icra göstəriciləri fərqli olub. Belə ki, bank sektoru üzrə icra 86,3 %, sığorta sektoru üzrə 80 %, kapital bazarları üzrə 84,6 %, ödəniş sektoru üzrə 86,5 %, rəqəmsal maliyyə üzrə 84,7 % təşkil edib.
Eyni zamanda, dayanıqlı maliyyə istiqamətində icra səviyyəsi 100 % olub. Peşəkar inkişaf və maliyyə məlumatlılığı üzrə isə göstərici 85,7 % səviyyəsində qeydə alınıb.
Ümumilikdə, strategiyanın icra səviyyəsi maliyyə sektorunda aparılan islahatların davam etdiyini və müxtəlif istiqamətlər üzrə inkişafın təmin olunduğunu göstərir.