Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB-nin sədr müavini: "Kasko sığortasına yeni yanaşmalar tətbiq olunacaq" - BBN

AMB-nin sədr müavini: “Kasko sığortasına yeni yanaşmalar tətbiq olunacaq”

Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü (Kasko) sığortasına yeni yanaşmalar tətbiq olunacaq.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.

Onun sözlərinə görə, bu dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini və istehlakçı məmnuniyyətinin artırılmasını təmin edəcək: “Bundan başqa daşınmaz əmlakın icbari sığortası üzrə təkmilləşmələr katastrofik risklərin təsirinin azaldılmasına, sığorta təminatının daha adekvat olmasına və zərərlərin daha operativ qiymətləndirilməsinə imkan verəcək. Aqro-sığorta sistemi üzrə yeni qanunvericilik təşəbbüsləri hazırlanıb. Bu dəyişikliklər sistemin institusional əsaslarının gücləndirilməsinə, risklərin daha dayanıqlı idarə olunmasına və dövlət dəstəyinin effektivliyinin artırılmasına xidmət edəcək”.

AMB rəsmisi əlavə edib ki, sığorta vasitəçiliyi institutunun inkişafı istiqamətində hazırlanan dəyişikliklər vasitəçilərin peşəkarlığının artırılmasına, sığorta əhatəsinin genişləndirilməsinə və bazarın inkişafına töhfə verəcək: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb. Bu məhsul kredit alan şəxslərin maliyyə təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək. Sığorta bazarında aparılan təkmilləşmələr sektorun dayanıqlığının artırılmasına yönəlib”.

Related posts

AMB: Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır

Bəzi hallarda domeni “az” olan saytların fəaliyyəti dayandırıla bilər

Kəşfiyyat orqanlarına edilən kiberhücumlar məxfi saxlanılacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı