Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB-nın sədri Dünya Bankı və IMF-nin Seçki Qrupunun toplantısında iştirak edib - Foto - BBN

AMB-nın sədri Dünya Bankı və IMF-nin Seçki Qrupunun toplantısında iştirak edib – Foto

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Tacikistanın paytaxtı Düşənbədə keçirilmiş Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) Seçki Qrupunun toplantısında iştirak edib.

Bunu BBN.az AMB sədrinin “X” sosial şəbəkəsindəki hesabına istinadan xəbər verir.

“İsveçrənin rəhbərlik etdiyi Seçki Qrupunun toplantısında ölkəmizdə uzunmüddətli dayanıqlı inkişafı və rifahı şərtləndirən ardıcıl islahatların həyata keçirilməsindən danışdıq, əsas makroiqtisadi göstəricilər və maliyyə sektorunun inkişaf tendensiyaları ilə bağlı tədbir iştirakçılarına məlumat verdik. Həmçinin COP29 kimi qlobal əhəmiyyətli tədbirə Azərbaycanın ev sahibliyi etməsi və bundan irəli gələn fəaliyyətlərin əhəmiyyətini bir daha vurğuladıq”, – deyə T. Kazımov qeyd edib.

Related posts

Expressbankın xalis mənfəəti ilin ilk rübündə 35%-dən çox artıb

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

MDM-in sədri: “Yeni maliyyə alətləri üçün çevik infrastruktur qururuq” – MÜSAHİBƏ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı