AMB noyabrın 1-də növbəti dəfə uçot faiz dərəcəsini açıqlayacaq

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.

BBN.az xəbər verir ki, noyabrın 1-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı yeddinci qərarını açıqlayacaq.

Bundan əvvəl sentyabr ayının 20-də AMB-nin İdarə Heyəti uçot dərəcəsini 9%, faiz dəhlizinin aşağı həddini 7.5%, faiz dəhlizinin yuxarı həddini isə 10% səviyyəsində dəyişməz saxlayıb.

Mərkəzi Bank daha əvvəlki açıqlamasında bildirmişdi ki, pul siyasəti ilə bağlı növbəti qərar inflyasiyanın xarici və daxili amilləri üzrə risk balansının dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul ediləcək.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı