AMB sədri Mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Mərkəzi Bankın sədri Taleh Kazımov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Fərahim Hacıyevlə Mentorluq proqramı çərçivəsində növbəti dəfə görüşüb.

Görüş zamanı müsabiqə qalibi üçün hazırlanmış fərdi inkişaf proqramı üzrə görülmüş tədbirlər və gələcək təşəbbüslərdə iştirak imkanları nəzərdən keçirilib. Həmçinin sədr tərəfindən idarəetmə sahəsində bilik və bacarıqların artırılması istiqamətində tövsiyələr səsləndirilib.

Fərahim Hacıyev isə öz növbəsində mentorluq proqramı çərçivəsində Taleh Kazımovun şəxsi təcrübəsindən faydalanmaqdan məmnunluğunu bildirib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı